Məzmun Filmin qəhrəmanlarının izləri Kerç yarımadasına, yeraltı daş karxanalarına gedib çıxır. Burada hər bir daş o dövrün ağır günlərinin, faciələrin, fəlakətlərin şahididir. İndiyə qədər bu yerlərdə əsgər dəftərləri, papaqları, silahları tapılıb üzə çıxarılır.

1942-ci il mayın 1-də daş karxanasının dərinliyində yeraltı qarnizon təşkil olunmuşdu. Həmin qarnizonda çoxlu azərbaycanlı var idi. Qarnizon faşist ordusu ilə mühasirəyə alınmışdı. Əsgərlər faşist cəlladlarına uzun müddət müqavimət göstərmişlər. Biz bu faciənin bircə şahidini belə görə bilməsək də(onların heç biri sağ qalmayıb), gözlərimiz önündə igid, cəsur, fədakar əsgərlərimizin obrazları canlanır.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rəfael Faybisoviç Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Kateqoriya:1975-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər