Məzmun Film qeyri-adi tərzdə yeni dövrdə gənc müasirlərimizin qarşılıqlı münasibətlərindən söhbət açır. Kinolentin qəhrəmanı Murad (Əyyub Abbasov) "Jan-Pol Maratın təqib olunması və qətli" adlı tamaşa hazırlayır. Tamaşadakı əhvalatlar Napoleon Bonapartın dövründə cərəyan edir.

Məşhur tarixi şəxsiyyətləri yada salmaqla filmin müəllifləri fransız inqilabı ilə bizim qəhrəmanlıq dövrü arasında bir oxşarlıq axtarmağa çalışırlar.

Film haqqında Bu film İ.Vaysın pyesi üzrə improvizasiyadır.

Film rejissor Oleq Səfərəliyev və operator Bağır Rəfiyevin diplom işidir.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Oleq Səfərəliyev Ssenari müəllifi: Oleq Səfərəliyev Quruluşçu operator: Bağır Rəfiyev Quruluşçu rəssam: Fikrət Ələkbərov, Y.Kirşner İkinci rejissor: Yusif Əlizadə

Rollarda Əyyub Abbasov — Murad Yevgeniya Şarova Məbud Məhərrəmov Cəmil Quliyev Dağlar Rüstəmov — canlı

İstinadlar

Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər