Böyükdüz arxeoloji abidələr kompleksi — Kəngərli rayonunda Son Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidələr kompleksi.

Böyükdüz arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: I Böyükdüz yaşayış yeri — eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. II Böyükdüz yaşayış yeri — Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. I Böyükdüz nekropolu — eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. II Böyükdüz nekropolu — I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Kəngərli rayonunun abidələri