Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002).Məmmədoğlu, Ə. "Gözləmişəm, istədiyim rol gəlməyib": Əsgər Məmmədoğlu: "Avara adamlar guya məni dolayırlar": [aktyor Əsgər Məmmədoğlunun müsahibəsi] //Ekspress.- 2014.- 1–3 mart.- S.19. Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar.Görkəminə görə onu məşhur aktyor Adreano Çelentanoya bənzədir, Azərbaycanın Çelentanosu deyə də çağırırdılar.
Həyatı Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.
1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman), Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov) Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov) Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)
Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V. Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K. Haldoni), Dəmir-qaya "Topal Teymur" H. Cavid), Narsatan ("Qatarda" İ. Məlikzadə), Gümrah ("Alov" M. Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir.
2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır. Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi. Bir müddət müalicə almışdır. Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı. Edilən tibbi yardımlara baxmayaraq, bu istedadlı aktyor axşam saatlarında vəfat etdi. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilmişdir.Bir Əsgər var idi…: Hamı onu Ələsgər kimi tanıyırdı: [Əməkdar artist, mərhum Əsgər Məmmədoğlu haqqında] //Mədəniyyət.- 2016.- 3 fevral.- S. 13.
Filmoqrafiya Ömrün səhifələri (film, 1974)-Ələsgər Alma almaya bənzər (film, 1975)-doğum evində gözləyən adam Xoşbəxtlik qayğıları (film, 1976)-Əlövsət Qərib cinlər diyarında (film, 1977)-Cin Əsra Şir evdən getdi (film, 1977)-Yanğınsöndürən Mehmanxana sahibəsi (film, 1978)-Nökər Qəribə adam (film, 1979)-Xalid Axtaran tapar (film, 1980) Qızıl uçurum (film, 1980)-Neftçi Sarıköynəklə Valehin nağılı (film, 1980)-Musa Yol əhvalatı (film, 1980)-Aeroportdakı adam Qatarda (film, 1981)-Nar satan oğlan Tehran-43 (1981) Üzeyir ömrü (film, 1981)-Jurnalist Evləri köndələn yar (film, 1982)- şair Dağlaraşarlı Topal Teymur (film, 1983)-Dəmirqaya Musiqili xaş (film, 1984)-Məclisdəki adam 100 (film, 1985) (qısametrajlı bədii süjet – Mozalan № 100) Bəyin oğurlanması (film, 1985)-Pirotexnik Ələsgər Qəm pəncərəsi (film, 1986)-Kərbəlayi Zeynal Yaşıl eynəkli adam (film, 1987)-milis bölməsi işçisi Yaramaz (film, 1988)-Ələsgərin işçisi Canavar balası-Aşot Min birinci söz (film, 1997) "Qayınana" əməliyyatı (film, 1999)-Xəfiyyə Yaşıl eynəkli adam-2 (film, 1999)-polis bölməsi işçisi Güllələnmə təxirə salınır!... (film, 2002)-kisəçi Məhəllə (film, 2003)-Yol polisi işçisi Məşədi İbad-94 (film, 2005)-Hambal Toy (film, 2005)-Ələsgər əmi Kişiləri qoruyun (film, 2006)-Gülümsər Milçək (film, 2006)-Xəzinədar Bir dəfə Qafqazda (film, 2007)- rüşvət verən Evləri göydələn yar (film, 2010)- şair Dağlaraşarlı 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: ata) Xoxan (film, 2014)
İstinadlar
Mənbə Əsgər Məmmədoğlu
Xarici keçidlər Xalq artisti ola bilməyən aktyorun son arzusu… — FOTO
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Əməkdar artistlər Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları