Həsənov Ənvər Cəfər oğlu () — Azərbaycan aktyoru,Məhərrəmova T. "Yenə əvvəlki günlərin qayıtmasını istəyirəm": Ənvər Həsənov, aktyor-rejissor: "Ümidsiz yaşamağın mənası yoxdur"//Kaspi.- 2008.- 23 may.- S. 12. rejissor, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Həyatı Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub.Aktyorun yubileyi: "Azərbaycanfilm" Ənvər Həsənovun 65 illiyini qeyd etdi //Ekspress.- 2015.- 20 avqust.- S.13. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi."Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

Ənvər Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlamışdır. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaratmışdır. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol almışdır.Lalə. Kinostudiyada Ənvər Həsənovun yubileyi qeyd edilib: [C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında] //Mədəniyyət.- 2015.- 19 avqust.- S.12. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkmişdir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti,Azəri, L. 65 yaş və 70 film: Ənvər Həsənov: "İstəyirəm ki, tamaşaçı məni bu yaşda formadan düşmüş deyil, elə Murad, Cəlal, Şahbaz görkəmində yadda saxlasın": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2015.- 19 avqust.- S.12. 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

2025-ci ilin yanvarında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və fevralın 3-ü evə buraxılıb. Ənvər Həsənov 16 mart 2025-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında həyat yoldaşının məzarı yanında dəfn edilib.

Filmoqrafiya

Xatirəsi 2023-cü ildə mədəniyyət yazarı Vasif Ayanın Ənvər Həsənova həsr olunmuş "Ənvər Həsənovun xatirələri" və "Ənvər Həsənova vida" adlı kitabları nəşr edilmişdir.

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 90.

Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Ənvər Həsənovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları