thumb|right|250px|Stenli şəhərinin yuxarıdan görünüşü Stenli (, əvvəlki adı Port Stenli, ) — Atlantik okeanının cənub-qərbində, Cənubi Amerikanın sahillərindən 500 kilometr məsafədə yerləşən Böyük Britaniyaya məxsus Folklend adalarının inzibati mərkəzi və yeganə şəhəri. Şərqi Folklend adasında yerləşir.
Əhalisi 2 115 nəfərdir 2006. Şəhərdən 5 kilometr şərqdə aeroport yerləşir. Şəhərdə ada qubernatorunun, hökumətin administrasiyası, anqlikan kilsəsi və ada muzeyi yerləşir.
Tarixi Adanın mərkəzi ilk əvvəl Port Luis idi və indiki Stenlidən şimalda yerləşirdi. 1843-cü ildə yeni inzibati mərkəz tikilməyə başlandı və 1845-ci ildə ora dövlət idarələri köçürüldü. Şəhər o dövrdə müstəmləkələr üzrə dövlət katibi olan Stenlinin şərəfinə adlandırılıb.
Kateqoriya:Folklend adaları Kateqoriya:Cənubi Amerika dövlətlərinin paytaxtları Kateqoriya:Birləşmiş Krallıq şəhərləri