frame|Redaktə rəng qabarcıq sıralama Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama () — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = orta vaxt =

Addım-addım nümunə "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır.

Birinci keçid: ( 5 1 4 2 8 ) ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 )

İmplementasiyası Python dilində implementasiya aşağıdakı kimi olar. def bubblesort(A): while True: swapped = False for i in range(1,len(A)-1): if A[i-1]>A[i]: tmp=A[i-1] A[i-1]=A[i] A[i]=tmp swapped=True if swapped==False: break return A

#Yuxarıdakı nümunə ilə test etsək siyahi = [5,1,4,2,8] print bubblesort(siyahi) Cavab: $python bubble.py [1, 2, 4, 5, 8]

Kateqoriya:Nizamlama alqoritmləri