Rauf Məmmədağa oğlu Dadaşov () — Azərbaycan animasiya filmləri rəssamı, rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008).
Həyatı Rauf Dadaşov 4 noyabr 1944-cü ildə doğulmuşdur. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində 4 il oxumuş, 1975-ci ildə Moskvada rəssam-miltiplikator ixtisası üzrə kursu bitirmişdir. 1970-ci ildən «Azərbaycanfilm»də, 1990-cı ildən başlayaraq, «Azanfilm» studiyasında rejissor-rəssam-animasiyaçı işləyib.
"Əndazədən çıxanlar" (1988) animasiya filmindəki eyni adlı novella onun quruluşçu rejissor kimi ilk işidir.
9 fevral 2020-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.
Aktrisa Kübra Dadaşovanın qardaşıdır.
Filmoqrafiya
İstinadlar
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Film rəssamları Kateqoriya:Animatorlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri