Leyla Şıxlinskaya — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri.
Həyatı Leyla Fərrux qızı Şıxlinskaya 27 dekabr Moskvada anadan olub. Leyla Şıxlinskaya həkimlər nəslindəndir. Azərbaycan tibb xadimi, doğum evinin təsisçisi Mustafa bəy Hacı Qasımov və general Əliağa Şıxlinski ilə qohumdur.
Təhsili və yaradıcılığı Xoreoqrafiya məktəbində və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) teatrşünaslıq fakültəsində təhsil alıb. M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında balerina kimi fəaliyyət göstərib. 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasında baletmeyster işləyib. Şıxlinskaya 1992-ci ildən Moskvada təsis etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.
Kinematoqrafiyada debütü 1964-cü ildə çəkilmiş "Cazibə qüvvəsi" filmində Nərgiz obrazı ilə olub. Daha sonra "Arşın mal alan" filmində Gülçöhrə, "Gün keçdi" filmində Əsmər və "Dədə Qorqud" filmindəki Banuçiçək obrazları ilə tanınıb.
Elmi fəaliyyəti Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə əməkdaşlıq edib, uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində dərs deyib. Azərbaycan xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafına dair 100-dən çox elmi məqalənin müəllifidir. 1986-cı ildə Tbilisidə "Azərbaycan balet sənətinin yaranması və təşəkkülünün əsas mərhələləri, 1920–1980-ci illər" mövzusunda sənətşünaslıq üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra sənətşünaslıq elmləri doktoru elmi dərəcəsi alıb.
Leyla Şıxlinskaya Azərbaycan balet sənətinin tarixi və inkişafına dair tədqiqatlar aparıb. 1996-cı ildə Bakıda "Azərbaycan baletinin xoreoqrafiya əfsanələrinin naxışları" adlı kitabı nəşr olunub. Əsər Azərbaycan baletinin yaranması, təşəkkülü və inkişafına həsr edilib. 2011-ci ildə Moskvada "Azərbaycan baletinin 1001 gecəsi" kitabı nəşr olunub. Kitab Azərbaycan balet teatrının tarixinə həsr edilib.
1999-cu ildə "Leyla Şıxlinskayanın Klinikası"nı təsis edib və bir müddət ona rəhbərlik edib.
Təltifləri
1993 — "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı 1998 — "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
Filmoqrafiya Arşın mal alan (film, 1965) — Gülçöhrə Bağ mövsümü (film, 1985) — Əminə Cazibə qüvvəsi (film, 1964) — Nərgiz Dantenin yubileyi (film, 1978) — Yaqut Dədə Qorqud (film, 1975) — Banuçiçək Gün keçdi (film, 1971) — Əsmər Xatirələr sahili (film, 1972) — Rəna Qəm pəncərəsi (film, 1986) — Zeynəb Qızıl qaz (film, 1972) — Şəfiqə Oxuyur Müslüm Maqomayev (film, 1971) — Tatyana Larina Ömrün ilk saatı (film, 1973) — Azərin sevgilisi Şahid qız (film, 1990) — Leyla
Biblioqrafiya
Шихлинская. Л.Ф. Основные этапы возникновения и становления азербайджанского балетного искусства, 20–80 гг.: диссертация ... кандидата искусствоведения: 17.00.01. — Тбилиси, 1986. — 189 с. Шихлинская. Л.Ф. Узоры хореографических легенд азербайджанского балета / Л.Ф.Шихлинская.– Баку: Азербайджан, – 1996. – 192 с. Шихлинская. Л.Ф. 1001 ночь азербайджанского балета = Тысяча одна ночь азербайджанского балета [Текст] / Л. Ф. Шихлинская; под общ. ред. В. В. Ванслова. - Москва: Памятники исторической мысли, 2011. - 160 с., л. ил., цв. ил.; 22 см.; ISBN 978-5-88451-295-5
İstinadlar
Xarici keçidlər
Leyla Şıxlinskaya haqqında məlumat — saytında.
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycanlı aktrisalar Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan baletmeysterləri Kateqoriya:Azərbaycan xoreoqrafları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Sənətşünaslıq elmləri doktorları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:27 dekabrda doğulanlar