Adil Abdulla Əl-Fəlah — Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini (1992-ci ildən); Asiya Müsəlmanları Komitəsinin sədri
Həyatı 1953-cü ildə Küveyt dövlətində anadan olmuşdur.
Təhsili 1997-ci ildə Küveyt Universitetinin Ədəbiyyat fakültəsini Psixologiya və Sosiologiya ixtisası üzrə bitirmiş və Lisans dərəcəsi almışdır. 1982-ci ildə Səudiyyə Ərəbistanı Krallığındakı İmam Məhəmməd bin Səud adına İslam Universitetinin magistraturasını İslam informasiyası Televiziya ixtisası üzrə bitirmişdir.
Küveyt dövlətində müxtəlif hökumət vəzifələrində, ictimai təşkilatlarda və tədris müəssisələrində, habelə dini qurumlarda çalışmışdır.
1992-ci ildən Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavinidir.
Elmi fəaliyyəti İslam informasiya vasitələri sahəsində çoxsaylı elmi əsər və məqalələrin müəllifidir.
Kitabları Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, "Qismət", 2007, 108 səh. (şəkilli)Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər . Bakı, "Qismət", 2007, 108 səh. (şəkilli)
Ailəsi Evlidir, on uşağı var.
Mükafatları 24.04.2010 — "Dostluq" ordeni"Adil Abdulla Əl-Fəlahin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2010-cu il tarixli, 871 nömrəli Sərəncamı. e-qanun.az .
İstinadlar
Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Küveytdə doğulanlar Kateqoriya:Müsəlmanlar