Eyvaz Daşdəmir oğlu Qurbanov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin III və VII çağırış deputatı (2005–2010, 2024–) Oğuz Rayon İcra Hakimiyyətinin başçısı (2011–2024).
Həyatı Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az deputatı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 16 iyul 2024-cü ildə vəzifəsindən azad edilmişdir.
Ailəlidir, iki övladı var.
2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Oğuz Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları