Nəsibə Abdullayeva (tam adı: Nəsibə Məlik qızı Yarməhəmmədova, , , ; ) — Özbəkistan müğənnisi, Özbəkistanın (1993) və Azərbaycanın (2022) xalq artisti.UzTV New York, Inc. — New Cultural Entertainment Channel : Nasiba Abdullaeva hayoti va ijodi haqida (özb.)

Həyatı Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olmuşdur.Yasni.ru — Информация по имени: Личности: Насиба, чарующая мир -Автор: Рустам Шагаев. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.

Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş Nəsibə Yarməhəmmədovanın bu nikahından iki oğlu vardırLent.az — İnformasiya agentliyi: Nəsibə Abdullayeva: "Həyat yoldaşım məndən 15 yaş kiçikdir"ANSPress: Nəsibə Abdullayeva özündən yaşca kiçik olan həyat yoldaşı ilə yaşamır: Ənvər Abdullayev (d. 1981) və Əkbər Abdullayev (d. 1987)

30 avqust 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib

Filmoqrafiya İl Film Rolları Qeydlər 1989 "Nasiba" Nəsibə Abdullayeva Kameo 1995 "Yulduzingni ber osmon (Верни звезду мою)" Məlikə Vokal 2003 "Munis onam" Nəsibə Abdullayeva Kameo 2006 "Suiqasd" 2008 "Madaqaskar 2: Afrikaya qaçış" Qloria Səsləndirmə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Özbəkistan müğənniləri Kateqoriya:Özbəkistanın xalq artistləri

Kateqoriya:SSRİ müğənniləri