Teymur Paşa xan — Maku xanlığının 5-ci xanı idi.
Həyatı
1820-ci ildə Makuda ilk oğlu olaraq dünyaya gəlmişdi. 2000dən çox süvari, 10000dən çox piyada əsgəri var idi. Kürd sərkərdə Şeyx Abdullahı məğlub etdikdən sonra gücü daha da artmış, xalq arasında "Azərbaycan Padşahı" olaraq tanınmağa başlamışdı. Nəsrəddin şah Qacarın Herat yürüşündə iştirak etmişdi. Ölümündən sonra taxta Murtuzaqulu xan Bayat keçmişdir.
Həmçinin bax Azərbaycan xanlarının siyahısı
Xarici keçidlər
Kateqoriya:Bayatlar Kateqoriya:Maku xanları