Uraxus ( — sidik + — tökürəm) embrionda allantoisin yuxarı hissəsindən təşkil olunmuş, boru şəkilli sidik axarı olub, sidikliyin dibinin ön şöbəsini göbək ciyəsi ilə birləşdirir. Doğuşa yaxın çapıq toxuması ilə əvəzlənərək orta göbək bağına — () çevrilmiş olur. Bəzi hallarda axacaq tam bağlanmadıqda onun anomaliyalarına səbəb olur: Göbək svişi — uraxusun göbək hissəsinin bağlanmaması nəticəsində meydana çıxır. Qovuq-göbək svişi — uraxusun tamamilə bağlanmaması nəticəsində meydana çıxır. Özünü nəm göbək yarası kimi büruzə verir. Sidikliyin divertikulu — uraxusun sidiklik hissəsinin bağlanmaması nəticəsində meydana çıxır. Uraxus sisti — uraxusun orta hissəsinin bağlanmaması nəticəsində meydana çıxır.

Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Embriologiya Kateqoriya:Sidik-cinsiyyət sisteminin embriologiyası