"Mən Kubayam" (; ) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi.

Məzmun

Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır.

Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır.

Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.

Havana Universitetinin tələbələri Syerra-Maestra dağlarındakı Fidel Kastronun partizan dəstələri haqqında həqiqi məlumatlar çap edirlər. Bu dağlar Kubanın cənub-şərqində yerləşir. Polis universitetin ərazisinə keçir, nümayişçiləri qovur və fəalları öldürür.

Kəndli Maryano əlinə silah alıb dağlara üz tutmaq istəmir. Lakin hava hücumundan və oğlunun ölümündən sonra ilk döyüşdəcə, tüfəng əldə edir və üsyançılara qoşulur.

Film haqqında Urusevskinin bu filmdəki operator işi kino incəsənətinin inkişafında xüsusi rol oynayır. Çoxsaylı beynəlxalq mükafatların laureatı olmuş operatorlar Şon Bobbitt və Ben Seresin onu nəhəng sənətkar hesab edirlər.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : Yevgeni Yevtuşenko, Enrike Pineda Barnet Quruluşçu rejissor : Mixail Kalatozov Quruluşçu operator : Sergey Urusevski Quruluşçu rəssam : Yevgeni Svidetelev Bəstəkar : Karlos Farinyas

Rollarda

Serxio Korriyeri – Alberto Salvador Vud Xose Qalyardo – Pedro Raul Qarsiya – Enrike Lus Mariya Kolyaso – Mariya-Betti Jan Buis – Cim Alberto Morqan Siliya Rodriges – Qloriya Fausto Mirabal Roberto Qarsiya York Mariya De Las Mersedes Dies Barbara Dominges İsis Del Monte Luisa Mariya Himenes Mario Qonsales Toni Lopes Ektor Kastanyeda Rosendo Lamadris Roberto Vilyar Roberto Kabrera Alfredo Avila Xose Espinosa İsabel Moreno Manuel Mora

Çəkilişə köməklik edən qurumlar

Kuba üsyançı ordusu Kuba xalq polisi Kuba Daxili İşlər Nazirliyi təşkilatı Kuba Elmlər Akademiyası

İstinadlar

Xarici keçidlər

From Russia with Love, an article by Richard Gott from The Guardian November 2005

Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Kuba filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Mixail Kalatozovun filmləri Kateqoriya:1964-cü ilin filmləri Kateqoriya:1964-cü ilin SSRİ filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:İngilis dilində dram filmləri