Tofiq Hüseyn oğlu İsmayılov (6 aprel 1939, Bakı şəhəri, Azərbaycan SSR — 25 mart 2016, Bakı şəhəri, Azərbaycan Respublikası) — Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın Respublikasının Xalq Artisti (2008), elmlər doktoru.

Həyatı Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M. A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958–1962), sonra rejissorluq fakültəsində (1962–1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960–1961), rejissor (1962–1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967–1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968–1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969–1988).Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277. 1971-ci ildən M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988–1994). 1994–2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992–2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Yasamal qəbiristanlığındadır.

Əsərləri Qonşular. Bakı: Gənclik, 1978, Sevinc yuxusu. Bakı: Gənclik, 1979, 38 səh. Şəkil teatrı. Bakı: Gənclik, 1978, 16 səh. Şəkil kino. Bakı: Gənclik, 1983, 16 səh. Diş ağrısı. Bakı: Gənclik, 1986, 92 səh. Türk Cumhuriyyetleri sinema tarihi (3 ciltte). Türk dünyası kino sənəti. 2009 Kinoya gedən pişik (hekayə və pyeslər), 2011

Filmoqrafiya Filmin adı İl Rejissor Ssenarimüəllifi Aktyor Şəhərimizin daşları 1968 İntizar 1970 Oxuyur Müslüm Maqomayev 1971 Yoxlanılmış, inanılmış… 1971 Gilas ağacı 1972 Yaşıl işıq 1972 Yollar 1972 Bizim küçənin oğlanları 1973 Çarvadarların izi ilə 1974 Hədiyyə 1974 Yeni üsul 1974 Vulkana doğru 1977 Azərbaycanın palçıq vulkanları 1979 Çovqan oyunu 1979 Lahıc 1979 Mən mahnı qoşuram 1979 Əzablı yollar 1982 Musiqi müəllimi 1983 Yaxşı qurtardıq 1985 Xüsusi vəziyyət 1986 Yay gününün xəzan yarpaqları 1986 Sürəyya 1987 Ölsəm… bağışla 1989 Son tamaşa 1989 Özüm və zaman haqqında 1991 Prima 1994 Otel otağı 1998 İstanbul reysi 2010 Maestro 2011

İstinadlar

Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. "Rejissor taleyinin zirvələri" //"Pəncərə" jurnalı.- 2009, № 21. — səh. 72–79.

Xarici keçidlər Tofiqin son fədakarlığı — Xalq yazıçısı Anar yazır

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri