thumb|583x583px|Azərbaycan üçün Köppen-Geiger iqlim təsnifatı sxemi 250px|thumb|Yardımlıda yaz 250px|thumb|Qubada yay 250px|thumb|Şəkidə payız 250px|thumb|Şamaxıda qış Azərbaycanın iqlimi ― Azərbaycanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Azərbaycan mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir.

İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir.

İqlim qurşağının ünsürlərini – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir.

Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.

Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir.

Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dən aşağıdır.

Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) +46 °C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) −32 °C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 60 °C-dən çox olur. (Kəskin kontinental iqlim tipidir)

İqlim tipləri Dünyada mövcud olan 7 iqlim qurşağından yalnız 2-si Azərbaycandadır:

1) Subtropik — ölkənin 65 %-ni əhatə edir. 2) Mülayim — ölkənin 35 %-ni əhatə edir.

Azərbaycan mövcud olan 2 iqlim qurşağının daxilində aşağıdakı iqlim tipləri mövcuddur:

Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15–50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 42 °C-dən yuxarı olur. Yay mövsümünün ayrı-ayrı günlərində havanın temperaturu tez-tez 36-40º-yə çatır, bəzən isə daha yuxarı olub, isti-quru küləklərin yerli tipləri ilə ( ağ yel, qara yel) bağlı çox qızmar və quru hava hökm sürür.Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, səh.174-175 Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200–500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400–1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50–100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir. Dənli bitkilərin becərilməsi, bağçılıq, üzümçülük, həmçinin ortadağlıq zonada kurortların və istirahət zonalarının yaradılması üçün əlverişlidir. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100–150%-ini və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. 10º-dən yuxarı temperatur cəmi 3000-4000º təşkil edir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000–2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400–2700 m) hissəsindədir. Mülayim və kifayət rütubətlənmə ilə səciyyələnir, illik yağıntı mümkün buxarlanmanın 75–100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir. 10º -dən yuxarı temperatur cəmi əsasən 400º ilə 3000º arasında dəyişir. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000–3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600–1500 m) və şimal-şərq (200–500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75–100%-i, şimal-şərq yamacda 50–100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500–2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150–200% çoxdur. Qışı soyuq, yayı sərindir. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100–200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır. Həmçinin Azərbaycanın iqlimi və iqlim tipləri haqqında oxuyun.

Sinoptik rayonlaşma Azərbaycan Respublikasının ərazisi ölkə və onu əhatə edən regionlar üzərində baş verən atmosfer prosesləri, həm də fiziki-coğrafi vilayətlərin ayrı-ayrı hissələrinin iqlim xüsusiyyətləri nəzərə alınaraq 10 sinoptik rayona bölünmüşdür:

Quba-Şamaxı rayonu

Abşeron-Qobustan rayonu Ceyrançöl-Bozdağ rayonu Mərkəzi-çöl rayonu Lənkəran-Astara rayonu Oğuz-İsmayıllı rayonu Zaqatala-Şəki rayonu Gəncə-Qazax rayonu – Buraya tropik havanın əraziyə daxil olması əsasən subtropik antisiklonla bağlıdır və bu, rayonda fyon hadisələrinin yaranmasına gətirib çıxarır. Gəncə-Qazax rayonu atmosfer proseslərinin təkrarlanması ehtimalına görə Zaqatala-Şəki rayonu ilə analoq təşkil etsə də, bu xüsusiyyətinə görə ondan fərqlənir. Bundan başqa rayon ərazisində cənub siklonlarının təsiri xeyli böyükdür. Yuxarı Qarabağ-Kəlbəcər-Laçın rayonu Naxçıvan rayonu

İqlimin əsas ünsürləri

Havanın temperaturu 300px|thumb|Azərbaycanda ortalama illik temperatur Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır.

Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14–15 °C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4–5 °C, 3000 yüksəklikdə isə 1–2 °C-dir.

İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0 °C-dən aşağı düşmür. Abşeron yarımadasında

və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3–4 °C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə −5–6 °C (Naxçıvan MR-da −7 °C), 3000 m-də isə o təqribən −12–13 °C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26–27 °C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24 °C-dən aşağı düşmür.

Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14–16 °C, 3000 m-də 8–10 °C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46 °C) və minimum (-32 °C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir. Temperatur haqqında.

Atmosfer yağıntısı 300px|thumb|Azərbaycanda ortalama illik yağış Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150–200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür.

Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.

Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600–2800 m, Naxçıvan MR-da 2600–3000 m, Talışda 200–600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400–1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800–900 mm, Talış dağlarında isə 1700–1800 mm təşkil edir.

Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250–300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5–15%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycanda maksimum yağıntı Lənkəran rayonunun Gəgəran kəndinə düşmüşdür.

Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60–70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır. Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır. Leysan yağışların intensiviliyi dəqiqədə 1–2 və hətta 3 mm çatır. Düzənliklərdə yağıntının təqribən 4/5-ü, dağlarda isə 1/3-i yağış halında düşür.

Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80–120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.

Dolu Azərbaycan dünyanın ən çox doluvurmaya məruz qalan ölkələrindəndir. Tədqiq olunan ərazidə dolu hadisələrinin öyrənilməsi ilə Ə.A. Mədətzadə , F.A.Mütəllibov , V.İ.Babayeva və s. tədqiqatçılar məşğul olmuşlar. Bütün təbii vilayətlərdə dolu hadisələri əsasən aprel-iyun (73–86%) aylarında qeyd edilir. Məsələn, Böyük Qafqaz təbii vilayətində cənub yamaclarda 74,6, Kiçik Qafqazın şimal hissəsində 78,2, cənub hissədə 86,3, Naxçıvan MR-da 76,5, Lənkəran vilayətində 73,2%-i aprel-iyun aylarında müşahidə edilir. İ1 ərzində dolunun təkrarlanmasında iki maksimum və bir minimum nəzərə çaprır. Bütün rayonlarda birinci maksimum əsasən mayda (33–42%), minimum isə iyul-avqust aylarında qeyd edilir. Hər yerdə yay minimumundan sonra dolulu günlərin sayı artaraq zəif ifadə olunmuş ikinci payız maksimumunu (sentyabr-oktyabr) əmələ gətirir. Ərazinin relyef xüsusiyyətlərindən, güclü konvektiv cərəyanların və dolu buludlarının yaranma ehtimalından asılı olaraq Böyük Qafqazın cənub yamacında şimal-şərq hissəyə, Kiçik Qafqazda isə cənub hissədə şimal-şərq hissəyə nisbətən dolu daha çox təkrarlanır. Relyefin müxtəlifliyi üzündən respublika ərazisində dolu qeyri-bərabər paylanmışdır. Ən az dolu Mərkəzi Aran rayonlarında qeyd olunur. Bu havanın quruluğu, konveksiyanı şərtləndirən sinoptik proseslərin az təkrarlanması, hava kütlələrinin termodinamik qalxmasını yaradan oroqrafiyanın olmaması və s. ilə izah edilir. Burada dolulu günlərin sayı 0,3–0,4 (Kürdəmir, İmişli, Beyləqan), ən çox isə 0,5 gün olur (Cəfərxan).

Böyük Qafqazda dolu Böyük Qafqazın cənub yamacı dolunun yaranmasına gətirib çıxaran güclü konvektiv hava axınları ilə seçilir. Burada dağətəyi zonada dolulu günlərin orta miqdarı 0,2–0,8 gün, alçaq dağlıq hissədə 2 günə qədərdir. 1000 m-dən yuxanda dolulu günlərin sayı artır və 1000–2200 m hündürlükdə 2–4,7 gün təşkil edir. Ən çox təkrarlanma (5 gün) 2300–2800 m hündürlükdə müşahidə edilir. Bu hündürlükdən sonra dolulu günlərin sayı azalır. Böyük Qafqazın şimal-şərq yamacında dağətəyində dolulu günlər 0,3, alçaq dağlıqda 1 gün, 1200–2200 m-də isə 3 gün təşkil edir və 2450–2700 m hündürlükdə maksimum kəmiyyətə çatır (4 gün).

Kiçik Qafqazda dolu