Kiçik Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.

1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Tarixi Kiçik Dəmyə kəndinin əsası 1970-ci ildə qoyulmuşdur. Həmin ərazi əvvəllər xalq tərəfindən Dəmyə adlandırılıb. Sonra Dəmyə kəndinin əsası qoyulub. 1970-ci ildə isə kənd Böyük və Kiçik Dəmyəyə bölünüb. Burada əsasən Xankəndi Avtovağzalının təqaüdə çıxmış işçilərinə həyət evləri verilib. Kənd Xankəndi şəhərinin tabeçiliyində olub.

Coğrafiyası və iqlimi Kiçik Dəmyə kəndi Böyük Dəmyə kəndi və Xocalı rayonu ilə həmsərhəddir.

Əhalisi Hazırda kəndin əhalisinin sayı 860 nəfərdir.

Həmçinin bax Xocalı soyqırımı

İstinadlar

Kateqoriya:Xocalı rayonunun ləğv olunmuş kəndləri