Mətanət Məhəmmədəli qızı İsgəndərli () — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006).

Həyatı Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub.

1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub.

1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.

16 sentyabr 2006-cı ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Videoqrafiya +SayKlip01Xəbərsiz-Xəbərsiz02Ağla, Yağışım, Ağla03İstərəm04Darıxma05Gecədən Sübhədək06Neyjen07Sevirəm Desən08Dünya Quraq09Axtarma Məni10Dərd Verdin11Tərk Edəcəyəm12Taleyim Mənim13Əlvida14Qollarım Beşik Olsun15Bir Gün16Gəl Xoşbəxt Olaq17Danışmayacam18Nəğmə Olub Gecələr19Uşaqlar Ağlamasın20Erdoğan21Sen Ağlama (duet Niyam Salami)

Filmoqrafiya Əlvida (film, 2007)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın müğənniləri