Konstantin Haykoviç Adamov () — erməni-sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1972), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).Azərbaycanın erməni xalq artistləri — SİYAHI modern.az
Həyatı 15 avqust 1923-cü ildə Bakıda anadan olmuşdur.
1946-cı ildə Moskva Şəhər Teatr Məktəbini bitirmişdir. 1947-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.
K.Adamovun yaradıcılığına təbiilik, səmimiyyət, obrazı dərindən duymaq və s. xasdır.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 29 iyun 1964 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1972Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı — anl.az saytı "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Teatrda əsas rolları Voynitski ("Vanya Dayı", Anton Çexov) Luzgin ("Qəlp Pul", Maksim Qorki) Tarelkin ("Tarelkinin Ölümü", A. Suxovo-Kobılin) Puşkin ("Komandorun Addımları", V. Korostılyov) Sirano ("Sirano de Berjerak", E. Rostan) Sarafanov ("Şəhər Ətrafında Görüş", A. Vampilov) Təlxək ("Vaqif" Səməd Vurğun) Vahid ("Kəndçi Qızı", Mirzə İbrahimov) Yanar ("Sən Yanmasan", Nəbi Xəzri) Rauf ("Dairəni Genişləndirin", İmran Qasımov)
Filmoqrafiya Uzaq sahillərdə (film, 1958) Körpə (film, 1962) Zəncirlənmiş adam (film, 1964) Ən vacib müsahibə (film, 1971) Diplomlu mütəxəssis (film, 1974) Qatır Məmməd (film, 1974) Sevinc buxtası (film, 1977)
İstinadlar
Kateqoriya:SSRİ aktyorları