Nokia X2-02 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon.

Xarakteristikası

Smartfon 240×320 nöqtə kəskinlikli 2,2 düymlü ekran, 2 meqapiksel matrislə olan kamera, Bluetooth 2.1 simsiz əlaqə adapteri, qulaqlıqlar üçün 3,5 mm yuva və MicroUSB portu ilə təchiz edilib. 32 QB tutuma qədər fləş kart dəstəkləyən MicroSD slotu var. Telefon FM tünerilə təchiz olunub; korpusun yan hissələrində mediapleyeri idarə etmək üçün klavişlər nəzərdə tutulub. Nokia X2-02 modeli GSM/EDGE 900/1800 MHz mobil şəbəkələrində iş üçün hesablanıb; 2 SİM-kart quraşdırılması dəstəklənir.

İstinadlar

Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Nokia mobil telefonları