Kərimov Mürvət Yusif oğlu () — Texnika elmləri doktoru, professor.
Həyatı Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır.
1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir.
1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
200-dən artıq ixtira və elmi məqalənin müəllifidir.
Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
İstinadlar
Kateqoriya:Qubadlıda doğulanlar