Ögey ata – Azərbaycan filmi.
Məzmun Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir".
Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır.
Film haqqında Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur.
Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.
Filmin çəkilişləri üçün tələb olunan vəsaitin bir qismini kredit götürərək ödədiyini söyləyən Tahir İmanov sərf olunan məbləğin artıqlaması ilə geri dönəcəyinə əmin olduğunu vurğulayıb.
Qara komedia janrında olan bu filmdə bir çox sətiraltı mesajlar var və filmi ikinci dəfə izlədikdən sonra nəzərə çarpır.
İstinadlar
Həmçinin bax Toy (film, 2005) İnterpapa (film, 2006) Niyə? (film, 2010)
Xarici keçidlər kinofilm.az saytında Ögey ata
Fərda "ögey ata" oldu Fərda Xudaverdiyev " Ögey ata" oldu OGEY ATA FİLMİ
Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri