Mustafa Sarıgül () - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən).

Həyatı 15 noyabr 1956-cı ildə doğulub.

Uşaqlıq və gənclik dövrü Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər.

Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir.

Ailəsi İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi. 2008-ci ildə isə boşandılar. Biri Aylin Kotilden olmaqla iki övladı vardır.

İstinadlar

Mənbələr rəsmi veb saytı rəsmi feysbuk səhifəsi rəsmi Tvitter səhifəsi "Şişli bələdiyyəsi" "Sarıgülcüyüz Biz" "Sarıgül: CHP Genel Başkanlığı’na adayım" (ntvmsnbc.com) "Türkiye Geneli Bir Anket Araştırmasında TDH"

Kateqoriya:Türkiyə iş adamları Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Şişli bələdiyyə başçıları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:TBMM XVIII çağırış deputatları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri