Hacıturalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004–2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Tarixi 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam rayonunun "Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi" yaradılmışdı.
2004-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
17.03.2005-ci il tarixli 03 nömrəli Protokolunda təsbit edilmiş Qərarları ilə Bələdiyyənin ilk Nizamnaməsi təsdiq edilmiş, Ağdam rayonunun Əfətli bələdiyyəsinin 22.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə isə ləğv edilmişdir.
2004-cü ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.
2022-ci ildə Bələdiyyə sədri vəfat etmiş, bələdiyyəyə yeni sədr seçilməmiş və fəaliyyəti faktiki olaraq dayandırılıb.
2024-cü ilin oktyabr ayında Hacıturalı Bələdiyyəsinin Əfərtli Bələdiyyəsi ilə birləşməsi barədə qərar qəbul edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.3. Əfətli və Hacıturalı bələdiyyələrinin əhatə etdiyi Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli və Məmmədbağırlı kəndlərində Əfətli bələdiyyəsi;" yaradılıb. Bununla da Bələdiyyənin fəaliyyətinə xitam verilib.
Mərkəzi və ərazisi "Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Hacıturalı bələdiyyəsinin mərkəzi Ağdamın Əfətli kənd inzibati ərazi dairləsində yerləşən Hacıturalı kəndində olub.
Bu Bələdiyyələnin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Hacıturalı bələdiyyəsi3200034671320560903027Əfətli kənd iəd60903005Hacıturallı kəndi60903028Həsənxanlı kəndi60903058Qəhrəmanbəyli kəndi60903078
İstinadlar
Kateqoriya:Ağdam rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:2004-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr