Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın."New Republics in the Caucasus", The New York Times Current History, v. 11 no. 2 (March 1920), p. 492Michael Smith. "Anatomy of Rumor: Murder Scandal, the Musavat Party and Narrative of the Russian Revolution in Baku, 1917–1920", Journal of Contemporary History, Vol 36, No. 2, (Apr. 2001), p. 228
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Soyqırımdan öncəki vəziyyət thumb|İranın Bakıdakı konsulu M. S. Vəzare-Marağai öldürülmüş müsəlmanların yanında. 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alanPeter Hopkirk, "Like hidden fire. The Plot to bring down the British Empire", Kodansha Globe, New York, 1994, pp. 262–266, 287 Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.Peter Hopkirk, "Like hidden fire. The Plot to bring down the British Empire", Kodansha Globe, New York, 1994, p. 287. ISBN 1-56836-127-0
Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Natiqlərdən biri Müsəlman İctimai Təşkilatının nümayədəsinə müraciət edərək demişdi:Cəmil Həsənli, AXC-nin xarici siyasəti (1918–1920)
thumb|Bazarnaya küçəsi mart günlərində thumb|İsmailiyyə binasının yandırıldıqdan sonrakı görünüşü Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə, eyni zamanda, şəhər milisinin rəisi Q. Varşamyan çıxış edərək, əsgərlərin törətdikləri özbaşınalıqdan təəssüfləndiyini bildirir və xahiş edir ki, bu hadisələrə milli rəng verilməsin. Yığıncaqda iştirak edən Məhəmməd Əmin Rəsulzadə şəhərdə qarma-qarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına axtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün hərbi inqilabi Komitə ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda Əlimərdan bəy Topçubaşov, B. Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, İ. Heydərov və Məmmədhəsən Hacınski iştirak edirdi. Lakin Stepan Şaumyan başda olamaqla Bakı bolşevikləri bu təklifi qulaqardına vuraraq, azərbaycanlıları öz ətrafında toplayan və onları milli-azadlıq mübarizəsinə yönəldən "Müsavat" partiyasına, Müsəlman Milli Şurasına, həmçinin, onların sosial dayaqları olan Azərbaycan əhalisinə qarşı kütləvi qırğınlar törətmək üçün ciddi hazırlıq işləri görürdülər. Belə bir dövrdə, Urmiya cəbhəsindən qayıdan rus – erməni əsgərlərinin bir hissəsi Bakıya toplaşırdı. Bunun da bir neçə səbəbi vardı: əvvəla, Rusiyada oktyabr inqilabından sonra hakimiyyətə gələn bolşeviklər müharibəni davam etdirmək istəmirdilər. Rus ordusunda başıpozuğluq yaranmışdı və onların çoxu öz yerlərinə qayıtmaq istəyirdilər. Cəbhə xəttindən əsgərlər özbaşına çıxıb gedirdilər. Lakin bəzən yolların bağlanması və qorxulu olması bu hərbi qüvvələrin öz yerlərinə getmələrinə mane olurdu. İkincisi, Bakı bolşevikləri əsgərlər arasında ciddi təbliğat apararaq onların öz tərəflərinə cəlb etməyə çalışırdılar. Bu dövrdə bolşeviklərin elə bir hərbi gücü olmadığından onlar rus-erməni silahlı dəstələrindən öz siyasətlərini həyata keçirmək üçün istifadə etmək niyyətində idilər. Bolşeviklərin öz ətrafında birləşdirdiyi hərbi hissələr və bölmələr Azərbaycan xalqının mövcudluğuna təhlükə yaradırdı. Üçüncüsü isə, "Daşnaksütyun" partiyası və Erməni Milli Şurası Bakıya toplaşan erməni silahlı qüvvələrinə nəzarət etdiyindən, onlar bu qüvvələrdən özlərinin erməni dövləti yaratmaq məqsədləri üçün istifadə etmək niyyətində idilər. Burada da, bolşeviklərlə erməni şovinistlərinin məqsədləri üst-üstə düşürdü. Belə ki, əgər boşeviklər Bakıda özlərinin tək hakimiyyətlərini yaratmaq fikrində idilərsə, ermənilər də erməni dövləti yaratmaq istəyirdilər və onların bu məqsədlərini həyata keçirməkdə S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də yaxından köməklik etmişdi. S. Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir demişdir. Şaumyan yazırdı:
thumb|Soyqırımda öldürülən azərbaycanlıların küçələrdən təmizlənməsi thumb|Mart günlərində Bakının görünüşü Əyalətlərdə də tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə "Müsavat"ın siyasi təsiri aradan qaldırılmalı və onların sosial dayaqları məhv edilməlidir. Onlar ən müxtəlif metodlarla şəhərdə "Müsavat"ın mövqeyinin bundan sonra güclənməsinə imkan verməməyə çalışırdılar. 1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbsi şəhərin türk – müsəlman əhalisi arasında qəzəb doğurmuşdu. General-mayor Talışinski rus-yapon müharibəsində Port – Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Şaumyanın göstərişi ilə müsəlman diviziyası qərargahının Bakı vağzalında birbaşa həbs edilməsi xalqın qəzəbinə səbəb oldu. Bakıda və ətraf kəndlərdə əhalinin etiraz nümayişləri başlanmışdı. Növbəti təxribat "Evelina" gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərk-silah edilməsi hadisəsi oldu. Belə ki, Martın 29-da məşhur kapitalist Ş. Əsədullayevin oğlu, zabit Ə. Əsədullayevin komandanlığı altında "Dikaya diviziya" hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan (əslində heç icazə də lazım deyildi – müəl.) Lənkərana yolla düşmək üçün Bakı limanında "Evelina" paraxoduna mindilər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər, martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S. Şaumyanın tapşırığı ilə tərk-silah etdilər. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təxribata sövq etsin və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar. Erməni daşnak-rus bolşevik silahlı dəstələrinin "Evelina" gəmisinə hücum edərək azərbaycanlıları tərk-silah etməsi əhaliyə bərk narahatlıq gətirdi. Onlar Bakı məscidlərindən birinin həyətinə yığılaraq Sovet tərəfindən "Evelina" gəmisindən müsadirə olunmuş silahların geri qaytarılmasını tələb edən qərar qəbul etdilər. Növbəti günü müsəlman nümayəndələri silahların qaytarılmasını Sovetdən xahiş etdilər. Arxiv sənədində göstərilir ki, müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultiumatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində S. Şaumyanın, eləcə də "Müsavat" partiyası nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə alınmış silahların "Hümmət" təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze də bu tələbin yerinə yetirilməsinə söz verdi, lakin bu zaman küçədə atışma başlandı. S. Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və bu, Azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Təxribatın əvvəlində özlərinin bitərəfliyini bildirən Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri, sonradan S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər.
Soyqırımın başlanması
Bakıda soyqırımı Erməni daşnak–rus bolşevik qüvvələrinin Azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni müəlliflərinin özləri də etiraf etmişdi.
thumb|Öldürülmüş azərbaycanlı thumb|Öldürülmüş azərbaycanlılar Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə Komitəsi yaradılır . Bu komitənin tərkibinə P. Caparidze, Q. Korqanov, İ. Suxartsev (sol eser), Stepan Şaumyan daxil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N. Anançenko, komissarı isə S. Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S. Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin "Kərpiçxana", "Məmmədli" və "Zibilli Dərə" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraxodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Erməni hərbi hissələri Soveti və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.