Osmanlı İmperiyasındakı yəhudilərin tarixi — Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixi.
Tarixlə yaxından maraqlanmayan insanlarda çox vaxt iki yanlış təsəvvürə rast gəlinir:
Yəhudilər 1492-ci ildə Türkiyəyə sürgün edilmişdir Türklərlə yəhudilər arasındakı ilk təmas 1453-cü ildə, İstanbulun fəthindən sonra baş vermişdir
Bizansdakı yəhudilərin tarixindən də anlaşıldığı kimi yəhudilər eramızdan əvvəl IV əsrdən Anadoluda mövcud olduqları üçün Osmanlı bəylikləri dövründən imperiyanın dağılmasına qədər olan altı əsrdə, hətta imperatorluğun indiki varisi olan Türkiyə Cümhuriyyətində də Anadoluda varlıqlarını davam etdirmişlər.
Osmanlı İmperatorluğunun mövcudluq dövrünün müxtəlif mərhələləri ilə yəhudilərin sosial və iqtisadi həyatı arasında paralellər mövcuddur. Məsələn, 15-ci və xüsusilə 16-cı əsrlər, Osmanlının hökmranlığı dövrü Osmanlı yəhudiliyinin qızıl çağı olmuşdur. Osmanlı torpaqlarına mətbəəni ilk gətirən yəhudilər də Osmanlı hökumətində mühüm vəzifələr tuturdular. 17-ci əsrdə Osmanlının durğunluğu dövründə Osmanlı yəhudiləri mədəni və iqtisadi tənəzzülə uğramışdır. 18-ci əsrdə tənəzzül zamanı yəhudilər Sabbatay Zevi hadisəsinin şoku səbəbindən "passiv qoruma psixozu" içərisinə düşmüşlər.
Dağılma dövrü olan 19-cu əsrdə yəhudilərin mədəni səviyyəsi o qədər çökmüşdü ki, hətta xarici dillərin öyrənilməsi belə dindən çıxma kimi görülürdü. Ancaq Osmanlı İmperatorluğu dövründən asılı olmayaraq müsəlman Osmanlı İmperatorluğunda yaşayan yəhudilər xristian Avropa hakimiyyəti altında olan yəhudilərə nisbətən güvən və əmin-amanlıq içində həyatlarını sürdürmüş və bunun müqabilində də həmişə türk torpaqlarının milli maraqlarını müdafiə etmişlər.
İstinadlar
Biblioqrafiya
Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Yəhudi diasporu