Vidadi Məmməd oğlu Tağızadə (d. 2 iyun, 1954, Şərəfxanlı, Ağcabədi rayonu, – ö. 13 iyun 2014, Sumqayıt, ) — Telejurnalist, şair, publisist.
Həyatı Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləmişdir.
Vidadi Tağızadə uzun illər respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış etmişdir.
13 iyun 2014-cü ildə Sumqayıt şəhərindəki Dünya TV-də canlı olaraq yayımlanan Bu sabah verilişində vəfat etmişdir.
Əsərləri Ölümün üstünə yeriyən əsgər, Bakı:Maarif, 1993. Sən ellər oğlusan, Bakı:Təhsil, 1994. Məhəbbət yollarında, Bakı:Gənclik, 2009. Qədir harayı, Bakı:Gənclik, 2012. Uzaqdan görünən kənd, Bakı: Gənclik, 2012, 320 səh.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Bakı Slavyan Universitetinin məzunları Kateqoriya:Ağcabədi rayonunda doğulanlar Kateqoriya:Sumqayıtda vəfat edənlər Kateqoriya:Hindarx