German Burgos (; 16 aprel 1969) — futbolçu
Karyera
Klub Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı. 2004-cü ildə o, karyerasını bitirmək qərarına gəldi.
Milli komanda 1995–2002-ci illərdə Argentina millisinin heyətində 35 matç keçirib.
Burgos 1998 və 2002-ci illərdə Argentina millisinin dünya çempionatında ehtiyat qapıçısı olub lakin, bu turnirlərin heç birində bir oyun belə oynamayıb.
Futbol karyerasından sonra Burgos həm də musiqiçidir.O, The Garb qrupunda çıxış edir.
29 mart 2010-cu ildən - İspan futbol klubunun RCD Carabanchelin baş məşqçisi olmuşdur. 2011-ci ilin yanvarından, Diego Simeone ilə Kataniya və Rasinq klubunda köməkçisi məşqçi işləmişdir. 2011-ci ilin dekbrından Simeone ilə birlikdə o yenə köməkçi məşqçi kimi xidmət edəcək Atletico Madridə gəldi.
İstinadlar
Burgos Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Legioner Argentina futbolçuları Kateqoriya:Argentinanın kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:River Pleyt FK futbolçuları Kateqoriya:Argentina milli futbol komandasının oyunçuları Kateqoriya:Argentina futbol məşqçiləri Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları Kateqoriya:Argentina müğənniləri Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Yunanıstan Super Liqası məşqçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular