Eduard Pak () — Şimali Koreya əsilli özbək-qazax dram artisti və kino aktyoru. 1986-cı ildən teatrda fəaliyyət göstərir.

Həyatı Eduard Pak 22 dekabr 1962-ci ildə Özbəkistan SSRdə, Daşkənd vilayətinin Çinaz rayonunda doğulmuşdur. Almatı dövlət teatr incəsənəti institutunu "teatr və kino aktyoru" ixtisası üzrə bitirmişdir. 1992-ci ildə Seul Dövlət Milli Teatrında təcrübə keçmişdir.

2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin fəxri fərmanı, 2008-ci ildə isə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin "Mədəniyyət xadimi" fəxri nişanı ilə təltif edilmişdir.

Filmoqrafiya "Həsrəti çəkilən torpaq" ("Жерұйық") – Pyotr ("Qazaxfilm") "Gənc akkordeonçunun həyat hekayəsi" – Sato ("Qazaxfilm") "Koreyalı" – Çersu (Koreya Respublikası) "Köçəri" – Çinli məsləhətçi ("Qazaxfilm") "Mancuriya variantı" – baron Yamamoto ("Qazaxfilm") "Sonyanın raportu" – partizan ("Defa", Almaniya) "Şima" – malayziyalı ("Özbəkfilm") "Yapon" və yaponiyalı (film, 1990)

Xarici keçidlər Актёр Эдуард Пак - о Корейском театре, кино и многом интересном

Kateqoriya:Aktyorlar