Sələfiyyə və ya Sələfilik — İslamda etiqad məzhəblərindən biri. Lüğətdə "əvvəl gəlmək", "keçmək" mənasında olan "sələf" () sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Əsasları İbn Teymiyyə tərəfindən atılmışdır. Bəzən buna "yaxşı", "xeyirli" mənasında "salih" sözünü də əlavə edərək, "sələfi-salihin" ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur.
Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdirÖz Mustafa, Üzüm İlyas, İslam Məzhəbləri Tarixi, Bakı, 2008, s.30.. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra "xələfiyyə" kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən "Əhli sünnəyi-xassa" digərləri isə "Əhli sünneyi-ammə" şəklində tanınmışdır.
Sələfiyyənin yaranma tarixi Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h. II/m. VIII əsrlərdən etibarən xüsusuilə inanc mövzularında fikir yürüdən və mütaşabih ayələri təvil edən Mötəzilənin ortaya çıxıb inkişaf etməsi ilə birlikdə müsəlmanların əksriyyətinə bağlı alimlər bunlara etiraz etmiş, doğru yolun səhabənin və tabiinin yolunu izləmək olduğunu bildirmişdir. Bəzən daha açıq şəkildə həqiqi yol "keçmiş alimlərin yoldur" ifadəsindən də istifadə etmişdir. Bu çərçivədə qeyd olunan qrupu ifadə etmək üçün, Sələfiyyə termini istifadə olunmağa başlanmışdır. Hicri üçünücü əsrin əvvəllərində təşəkkül edən bu zümrənin yolunun Quran və Sünnə yolu olduğu bilinməkdədir. Maturidiyyə və Əşəriyyənin yaranması və inkişafından sonra mühavizəkar sələf əqidəsi tərəfdarları İslam dünyasının hər ölkəsində azalmağa başlamışdır. Ümumiyyətlə fiqhdə Hənbəli olanlar (dünya müsəlmanları arasındakı nisbəti % 1–2 dir) əqaiddə də sələfi olaraq qalmışdır. Hədis elmilə məşğul olan alimlərin əskəriyyəti sələfilik əqidəsini mənimsəmişdir. İslam tarixinin hər dövründə olduğu kimi sələf əqidəsi tərəfdarları az da olsa hər bir İslam ölkəsində mövcuddur. Bəzi ifratçılığa getməsinə baxmayaraq ən çox mövcud olduğu ölkə Səudiyyə ƏrəbistanıdırBekir Topaloğlu, Kelam İlmi, İstanbul Tekin kitabevi Yayınları 1996.
Sələfiyyənin düşüncə metodu Ümumi olaraq düşüncə quruluşu, elm adamları tərəfindən inkişaf etdirilən və bütün elmi işlərində o elm adamlarına yol göstərdiyi kimi məhdudlaşdırıcı da olan ön qəbul etmə yumağı olaraq təyin oluna bilər. Bu qəbul etmə, elm adamının aldığı təhsil və sahib olduğu inanc istiqamətində formalaşması yanında çox qüvvətli strukturları və bütün düşüncəni maraqlandırdığı üçün dəyişməsi olduqca çətin hətta qeyri-mümkündür. Bu səbəblə elm adamları öz düşüncə strukturlarına uyğun gəlməyən fikirləri rədd edir və ya onu öz düşüncə quruluşuna uyğun hala gətirirlər. Necə ki ayələrin təfsiri və hədislərin zəif görülüb əməl edilməməsinin təməlində bu yatar. Sələfin düşüncəyə əhəmiyyət verməməsi və nassları əsas alması onların düşüncə quruluşunun ola bilməyəcəyi fikrinə istiqamət versə də nassları şərh etmədən və əqli istidlaldan çəkinməyə aparan bir sistemin olması lazımdırMehmet Baktır. İsam.org "Mütekaddimun selefiyye ve metod anlayışı" c. VIII Sivas 2004 s 25–48. Unutmayaq ki sələfin düşüncə quruluşunu meydana gətirən ana qaydalardan biri olan "ayələrin yorumlarının edilməməsinin gərəyi" hökmü də bir əqli qaydadır. Çünki bu hökmü bir nassa əsaslanaraq deyil şəxsən ictihadlarına söykənərək verməkdədirlər. Beləcə dində ilk əqli istidlali onlar etmiş olmaqda, özlərindən sonra gələn və əqli istidlal etdikləri üçün tənqid etdikləri hətta zındıq saydıqları kəlamçılara yol açmış olurlar. Onlar bu məhdudlaşdırmağı etməsə idilər və belə bir yol açmasa idilər özündən sonra gələn alimləri ən azından tənqid etmələri haqlı sayılabilərdi. Ancaq onlar bu qapını açan ilk alimlər olmuşlar.
Sələfiyyənin əsas fikirləri Dinin etiqada aid olan mövzularında Quran və hədisdəki izahların zahiri ilə kifayətlənib, təvilə baş vurmaqdan çəkinmək. Əqidə mövzularında fəlsəfəyə etibar etməmək, tamamilə nasslara əsaslanan düşüncəni izləmək İnanc mövzularında kəlamçıların ortaya qoyduğu nəzəriyyələrə etibar etməmək, kəlam yerinə ayə və hədislərə əsaslanan əqidəni mərkəzə almaq Təsəvvüfə qarşı təmkinli olmaq, bir çox sufinin irəli sürdüyü bəzi nəzəriyyələrə və fikirlərə etibar etməmək, Quran və Sünnədə yer almayan hər cür məfhum və düşüncələrdən uzaq durmaq. Əhli-sünnədən başqa etiqadi və kəlami xüsusiyyət daşıyan bütün firqələrdən uzaq durmaq və bu firqələrin Əhli sünnədən ayrıldıqları hər nöqtədə xəta etdiyini düşünmək. Ayə və hədislərdə yer alan mütəşabihat haqqında aşağıdakı yolu izləmək:İlyas Üzüm, Mustafa Öz "İslam Məzhəbləri Tarixi" Bakı 2008 səh-33–34 A. TƏQDİS : Allah Təalaya Cəlal və əzəmətinə layiq olmayan hər şeydən tənzih etmək, layiq olmadığı şeylərdən münəzzəh olduğuna inanmaq. Məsələn قَالَ يَٰٓإِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَىَّ Allah buyurdu ki, "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu ?"Sad,38/75 Yuxarıdakı ayədə keçən "əl" və "möminin qəlbi Rəhmanın iki barmağı arasındadır." Məalındakı hədisdə keçən "barmaq" sözü eşidildiyi zaman Allaha cismiyyət istinad edildiyi başa düşülməkdədir. Çünki " yəd=əl" kəliməsi iki mənaya gəlir: Birincisi, ət, sümük və əzələlərdən meydana gəlmiş olan cisim. Qeyd, ayə və hədislərdə keçən "yəd" bu mənada istifadə olunmuş ola bilməz. Çünki Allah cism olmaqdan və cisimlərə məxsus xüsusiyyətlərlə vəsflənməkdən uzaqdır. ikincisi, "Yəd"-in bir başqa mənası da " filan ölkə filan hökmdarın əlindədir" cümləsində olduğu kimi məcazdır. Bu iki məna da cisimə əlavə edilməz. Deməli nəslərdə keçən və mənası açıq olmayan bu kimi sözlər üzərində düşünməmək və fikir bildirməmək lazımdırŞerafeddin Gölcük "Kelam" Konya 1991 səh-49–50.
B. TƏSDİQ : Allahın Quran və Sünnətdə keçən sifət və isimlərinin Onun ucalığına və kamalına layiq mənaları olduğunu qəbul edib, Hz.Peyğəmbər Allahı necə təsvir etmişsə ona o şəkildə də inanmaqdırEthem Ruhi Fığlal "Çağımızda İtikadi İslam Mezhebleri" 11. Baskı. İstanbul səh 70–71.
C. ACİZLİYİ ETİRAF :Mütəşabih ayələrdə bildirilənlərdə həqiqi muradı Allaha tərk etmək, bunların bilinməsinin mümkün olmayacağını ifadə etməkdir.
D. SÜKUT :Mütəşabihatın mənasını soruşmamaq, onlara fikir verməmək və hətta bu mövzuda sual verməyi belə qadağan etməkdir. Çünki Hz. Peyğəmbər, qədər mövzusu ilə məşğuliyyəti qövmünə qadağan etmişdir. İkinci xəlifə Ömər də "Rəhman Ərşə istiva etdi." ayəsinin mənasını soruşan bir Misirlini sürgün etmiş, Quranın məxluq olub olmadığını soruşan birini susdurmuş və belə suallar soruşulmasını qadağan etmişdir. Qısacası sələf bu mövzularda susmağı sükutu seçim etmişdir.
E. İMSAK: Mütəşabih ayələr üzərində dəyişiklik etməmək; Açıqlanmayan mənaları istifadə etməkdən və təvildən çəkinməkdir. Məsələn: yədullah (Allahın "əli") kəlməsini, qudrətullah (Allahın qüdrəti) şəklində ifadə edərək yorumlamaq.
F. KƏFF: Mütəşabihatla qəlbən məşğul olmamaq və onlar üzərində düşünməməkdir. Bir əlilin və ya üzmə bilməyənin dənizə girməsi nə qədər təhlükəlidirsə, cahil bir kimsənin də, mənası qapalı olan nəsslərlə qəlbən məşğul olması və onları açıqlamağa çalışması ən az o qədər təhlükəlidir.
G. MƏRİFƏT ƏHLİNƏ TƏSLİM: Uca mövzular, Peyğəmbər və səhabəyə gizli deyildir. Bu baxımından onların hər kəsə qapalı olduğu qəbul edilməkdədir. Ancaq bunlar üzərində dayanmaq yerinə, təvilini ancaq Allah bilir deyərək onalrın elmini əhlinə buraxıb, təvilinə girməməkdirEthem Ruhi Fığlal "Çağımızda İtikadi İslam Mezhebleri" 11-ci Baskı. İstanbul səh 71–72.
Sələfiyyə bu təməl fikirləri ilə özünü Əhli sünnənin tək təmsilçisi hesab etmiş, Əhli-sünnəni təşkil edən və "xələfiyyə" olaraq bilinən Sünni kəlam alimlərinin görüşlərinə də dəyər vermişdirİlyas Üzüm, Mustafa Öz "İslam Məzhəbləri Tarixi" Bakı 2008 səh 34–35.
Sələfiyyə ilə Əhli sünnə kəlamçıları arasında əsas fərqlər İlk dövr Sələfiyyə ilə Əhli-sünnə kəlamçıları arasındakı əsas fərqləri belə sıralamaq olar: Əhli Sünnə kəlamçılarına görə, Allahın sifətləri zatı ilə eyni olmadığı kimi, zatından da ayrı deyildir. Sələfiyyəyə görə, Allah, kamal sifətləri ilə vəsflənmişdir. Ancaq bu sifətlərin zatının eyni yoxsa ayrı olduğu mövzularında fikir söyləmək doğru deyil. Əhli Sünnə kəlamçıları xəbəri sifətləri Allahın şəninə uyğun bir şəkildə təvil (yorumlamaq) edirlərsə, sələfiyyəyə görə xəbəri sifətləri təvil etmək doğru deyil. Əhli sünnə kəlamçılarına görə məlumat əldə etmənin yolu doğru xəbər, sağlam hisslər və ağıl olduğu halda, sələfiyyəyə görə sadəcə nəqldir(Quran və sünnə). Əhli sünnə kəlamçılarına görə, Allahın nəfsi kəlamı əzəli, bunun varlığını göstərən ləfzi kəlam(quran) isə məxluq ikən, sələfiyyəyə görə, Allahın kəlam sifəti var amma, bu sifətlərlə əlaqəli dərinliklərə girmək doğru deyildir. Əhli sünnə kəlamçılarına görə, əməl imanın bir hissəsi deyil. Sələfiyyəyə görə isə əməl imanının bir hissəsidir. Sələfilər İslam üçün yalnız Quran və Sünnəni mənbə kimi qəbul edirlər. Onlar İslamın uzun təfsir ənənəsinə, səhabələrin rəyinə, peyğəmbərlərin hekayətlərinə və insanların mistik təcrübəsini qəbul etmirlər.Bin Ali Mohamed Roots Of Religious Extremism, The: Understanding The Salafi Doctrine Of Al-wala Wal Bara World Scientific, 14.09.2015 9781783263943 p. 61 Sələfi hərəkatının ardıcılları Övliyanın, mələkler, cin, şeytanlar və ya ruhları ilə bağlı bir sıra əməllərini bid'ət hesab edirlər. və şirk. Eynilə, sələfilik cinlər, şeytanlar və ümumiyyətlə mələklərlə bağlı mövzularda teoloji və təfsir hesablarından fərqlənir.
Qahirənin Əl-Əzhər Universitetinin bəzi alimləri sələfi hərəkatının müxtəlif fikirlərini təkzib etmək üçün "əl-Rədd" (Cavab) adlı dini fikirlər əsəri hazırlamışlar.Ər-Rədd. çoxsaylı sələfi sapmalarını ayırır — yalnız ritual namaz baxımından o, aşağıdakı sələfi iddialarını tənqid hədəfləyir: Kiçik dəstəmazda Allahın adının oxunmasının haram olması iddiası [Fətva 50]; Cümə günü böyük dəstəmazın qadın və kişilərə vacib olması iddiası [Fətva 63]; Ovdan başqa səbəblərə görə itə sahib olmağın haram olması iddiası [Fətva 134]; Ətir üçün spirt istifadə etməyin haram olması iddiası [Fətva 85]. "Əl-Rədd"in müəlliflərindən biri, hüquq professoru Ənəs Əbu Şadi deyir ki, "onlar [sələfilər] hamı üçün hər şey olmaq istəyirlər.
Onları təkcə aşkar (əz-zahir) maraqlandırmır., baxmayaraq ki, onların qanunlarının çoxu Ẓāhirī (hərfi) alimin İbn Həzm Muhallasına qayıdır, lakin onlar da əmindirlər ki, qeybi (əl-batini) yalnız onlar başa düşürlər!"
Tarix Tarixçilər və alimlər Sələfiyyə hərəkatının meydana çıxmasını 19-cu əsrin sonlarına Ərəbistan yarımadası, Avropa müstəmləkəçi dövlətlərinin hakim olduğu dövrə aid edirlər. Hərəkatın görkəmli liderləri arasında Cəmaləddin Qasimi (1866–1914), Əbdürrəzzaq əl Bitar (1837–1917), Tahir əl-Cəzairi (1852–1920) və Məhəmməd Rəşid Riza (1865–1935). Birinci Dünya müharibəsinə qədər dini missiyalar Ərəb Şərqi sələfi çağırışının gizli şəkildə fəaliyyət göstərmişdir. Birinci Dünya müharibəsindən sonra sələfi ideyaları ziyalılar arasında yayıldı və bərqərar oldu. Siyasi cəhətdən Rəşid Rıda kimi təmayüllü alimlər də Şəriət (İslam hüququ) tətbiq edən İslam dövlətinin qurulmasının zəruriliyini vurğulamış və bununla da daha mühafizəkar bir Sələfiyyə' xətti üçün intellektual əsaslar qoymuşlar. ' ', bu da Misirdəki Müsəlman Qardaşlarının ideoloqlarına təsir göstərəcək.