Fumihiko Maki (; ) — yapon memarı.

Həyatı Fumihiko Maki Tokio Universitetində təhsil aldıqdan sonra ABŞ-nin Miçiqan ştatındakı Blumfild Hills şəhərindəki Kranbruk İncəsənət Akademiyasında işləməyə davam etdi. Oradan da Horvard Universitetinə keçdi. 1956-cı ildə Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin Memarlıq fakültəsində köməkçi kimi fəaliyyətini davam etdirdi. Həmin dövrdə işlədiyi universitetin Danfort Korpusunda Steynberq Zalını düzəltdi. Bu onun ABŞ-də ilk işi idi. 2006-cı ildə isə Vaşinqton Universitetində yerləşən Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalının layihələrini hazırladı

Bir müddət SOM və Kembricdə yerləşən Sert Jackso firmalarında işlədi. 1960-cı ildə Yaponiyaya geri döndü. Şəxsi memarlıq ofisini açan Maki həm də Keyo Universitetində dərs verirdi.

1993-cü ildə Pritsker mükafatını qazanmışdır.

Tanınmış işləri 1960: Steynberq Zalı, Vaşinqton Universiteti, Sent-Luis, ABŞ 1969: Hillsayd Terrası, Tokio, Yaponiya 1971: Beynəlxalq Məryəm Məktəbi, Tokio, Yaponiya 1972: Osaka İdman Mərkəzi, Takaişi, Osaka, Yaponiya 1985: Spiral Evi, Tokio, Yaponiya 1989: Makuhari Messe, Çiba, Yaponiya 1990: Keyo Universitetinin Fucisava Korpusu, Kanaqava, Yaponiya 1991: Tokio Metropolitan Gimnaziyası, Tokio, Yaponiya 1993: Yerba Buena İncəsənət Mərkəzi, San Francisko, ABŞ 2000–2006: Ensemble Global Keçidi, Düsseldorf 2001: Solitaire Ofis Binası, Düsseldorf 2003: TV Asahi, Tokio, Yaponiya 2005: Yapon Dili Universiteti Tokio, Yaponiya 2006: "Republic Polytechnic", Sinqapur 2006: Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalı, Vaşinqton Universiteti, Sent-Luis, Sent-Luis, ABŞ 2009: 3 No’li Bina, Novartis Korpusu, Bazel, İsveçrə 2009: Annenberq Mərkəzi, Pennsilvaniya Universiteti, Filadelfiya, ABŞ

Qalereya

İstinadlar

Kateqoriya:Tokioda doğulanlar Kateqoriya:Pritsker mükafatı laureatları Kateqoriya:Yaponiya memarları Kateqoriya:Yaponiya uzunömürlüləri Kateqoriya:Harvard Universitetinin müəllimləri