Nara () — Yaponiyanın Kansay regionunda (Kyuşu adası) yerləşən Nara prefekturasının eyniadlı paytaxtı. 710–784-cü illərdə Yaponiyanın ilk paytaxtı olub.

Adı Heian dövründə Naranın adı fərqli heroqliflərlə yazılırdı: 乃楽, 乃羅, 平, 平城, 名良, 奈良, 奈羅, 常, 那良, 那楽, 那羅, 楢, 諾良, 諾楽, 寧, 寧楽 və 儺羅. Bu adın mənşəyi haqqında fərqli fikirlər mövcuddur.

Todaydzi məbəd ansamblı Burada Buddanın ən böyük heykəlinin yerləşdiyi Todaydzi məbəd ansamblı var. Məbəddəki Böyük Budda zalı bir neçə dəfə yanğın nəticəsində məhv olub yenidən bərpa olunsa da, dünyanın taxtadan tikilən ən böyük binasıdır (ilkin versiyada sahəsi 58×51 m, hündürlüyü 49 m) və hazırda öz ilkin görünüşünün yalnız 3-də 2 hissəsini qoruyub saxlamışdır. Bu heykəl 444 ton ağırlığında tuncdan hazırlanmışdı. Oturaq vəziyyətdə olan heykəl 16 metr hündürlükdədir. Buddanın sağ əlinin açıq şəkildə olan ovucu irəliyə doğru uzanmışdır. Bu, xeyir-dua işarəsidir. Sol əlin vəziyyəti isə niyyət etməni simvolizə edir. Burada həmçinin, "1000 maral parkı"nda dünyada yeganə olan müxtəlif landşaftlı parklar və bağçalar mövcuddur.

Qardaş şəhərləri , Kanberra

İstinadlar

Həmçinin bax

Kateqoriya:Nara prefekturasının şəhərləri Kateqoriya:Müqəddəs şəhərlər Kateqoriya:VIII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Keçmiş paytaxtlar