Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Salur () — Qacar şahzadəsi, əyalət valisi, tarixçi.
Həyatı Əbdüssəməd mirzənin ikinci oğlu Qəhrəman mirzə Salur 21 yanvar 1871-ci ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Eynəssəltənə ləqəbi daşıyırdı. Həmədanın valisi, Nəhavəndin, Qəzvinin hakimi olmuşdu.
Qəhrəman mirzə Salur Fars əyaləti qoşunlarının komandanı, Xəmsənin hakimi vəzifəsini icra etmişdi.
Qəhrəman mirzə Salur sərtip (briqada generalı) rütbəsi daşıyırdı.
Qəhrəman mirzə Salur bir çox tarixi kitabların və xatirənin müəllifidir.
Qəhrəman mirzə Salur 1 oktyabr 1945-ci ildə vəfat edib.
Ailəsi Qəhrəman mirzə Salur Zeynəb xanımla ailə qurmuşdu.Məsud mirzə, Abbas mirzə adlı oğlanları vardı.
Mənbə
Xarici keçidlər Genealogy of Saloor family Maryam Saloor, Iranian Potter, Ceramist and Sculptor, descendant of Ezz ed-Dowleh Qəhrəman mirzə Salur farsca Qəhrəman mirzə Salurun kitabları
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Türkmanlar Kateqoriya:Salurlar Kateqoriya:İran