Əsabil Qarakişi oğlu Qasımov () — Azərbaycan Respublikası Milli Məclisinin 79 saylı İmişli seçki dairəsindən seçilmiş IV çağırışDördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. meclis.gov.az deputatı. Yeni Azərbaycan Partiyasının üzvü.
Həyatı Əsabil Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışmışdır.
1995-ci ildən "Karat" holdinqinin direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Çexiya, Gürcüstan, İtaliya, Qətər, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Ailəsi Evlidir, 2 övladı var
Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc vəfat edib..
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları