thumb|"Solidarnost"un bayrağı
Solidarnost ( — "həmrəylik"), tam adı: "Solidarnost" Müstəqil Özünüidarəedən Həmkarlar İttifaqı () — 1980-ci illərin avqust-sentyabr aylarında Qdansk tərsanələrində yaradılmış polyak həmkarlar ittifaqlarının birliyi.
Tarixi Fəaliyyəti 10 noyabr 1980-ci ildə rəsmiləşdirilib. Lakin 1982-ci ilin yanvarında fəaliyyəti qadağan olunub. 1981-ci ilin dekabrından 1988-ci ilin mayınadək gizli fəaliyyət göstərib. 1989-cu ilin aprelindən yenidən rəsmi fəaliyyət göstərməyə başlayıb. Antitotalitar, antikommunist yönümlü kütləvi ictimai hərəkat idi. Birlik ən müxtəlif siyasi qüvvələri birləşdirdirdi - katolik mühafizəkarlardan və sağçı liberallardan ta ultrasolçu sosialistlərə və anarxistlərə qədər. 1989-1990-cı illərdə dinc inqilaba və PXR-də PBFP rejiminin dağıdılmasına nail oldu. Hal-hazırda Polşa Respublikasında həmkarlar ittifaqıdır. "Solidarnost"un qurucusu və tarixi lideri Lex Valensadır.
Tərkibi 2010-cu ilin məlumatlarına görə, "Solidarnost"un 400 mindən artıq üzvü vardır.Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları . "Ülfət" qəzeti, 04.05.2012.
Fəaliyyəti "Solidarnost" OPZZ ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır.
Beynəlxalq münasibətlər Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Həmçinin, Avropanın həmkarlar ittifaqlarını birləşdirən Avropa Həmkarlar İttifaqında və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Məsləhət Şurasında təmsil olunur.
İstinadlar
Kateqoriya:1980-ci ildə yarananlar Kateqoriya:Polşa həmkarlar ittifaqları Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:Antikommunizm Kateqoriya:Şərq bloku