() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qafqazda yayılmışdır.
Botaniki xarakteristikası Təbiətdə 35–45 sm hündürlüyünə boy verən kolcuqdur. Yarpaqları 4–5 cüt dar-xətvarı yarpaqcıqlardan təşkil olunmuşdur. Paxlasının saplağı 3 mm uzunluqda olub yatıq ağ parlaq tüklüdür. Paxlasının uzunluğu 3,5 sm eni isə 3–4 mm ola bilir. May ayında çiçəkləyir, iyul-avqust ayları arasında meyvə verir.
Ekologiyası Daşlı yamaclarda daha çox rast gəlinir. Təbiətdə toxum vasitəsilə çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətinin təsiridir. Becərilməsi haqqında məlumat və qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanda yayılması Azərbaycanın nadir bitkisidir. VU C2a (ı, ıı). Lerik rayonunda (Diabar, Qosmalyan, Həvəri kəndləri) orta dağ qurşağında yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına salınması tövsiyə edilir.
İstinadlar
Həmçinin bax