Aşıq Abbas Tufarqanlı () — XVI əsr Azərbaycan aşığı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Həyatı Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir:

Yaşa, sevdicəyim, yaşaYazılanlar gələr başaBir yandan özün bas daşaBir yandan el car eyləsin.

və ya:

Abbas ağlar zarı-zarıGetməz könlünün qübarıİlqarından dönən yarıTanrı tez bazar eyləsin.

Haqqında film Abbas və Gülgəz (film, 2000)

İstinadlar

Mənbə Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 108-112. Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.24-41

Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:İran azərbaycanlısı aşıqlar Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Vəfat tarixi bilinməyənlər

Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Türk şairlər