Şervaşidze (,) — Abxaziya knyazlığını idarə etmiş sülalə. Kartlis Çxovrebaya əsasən III Böyük Mənuçöhrün Tamaradan olan oğullarından birinə IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi verilmiş və Şervaşidze knyaz sülaləsi başlamışdır. Şahzadənin əsl adı məlum deyil.Kirill Tumanov (1967). Xristian Qafqaz Tarixi, s. 270. Georgetown University Press Adı Sülalənin adı Abxazca "Açba"dan gəlir. Abxaziyanı idarə etmiş qədim sülalə olan Açbanı əvəz edən Şervaşidzelər "açba" həm də "hökmdar" mənasına gəldiyi üçün "hökmdarlar hökmdarı" mənasına gələn "Çaçba" titulunu qəbul etmişdilər. left|thumbnail|Knyaz Seteman Şervaşidze (1620-1640) (Müəllif: Kristoforo de Kastelli) Knyazlıq Sülalə 1866-cı iləcən Abxaziya knyazlığını idarə etmişdir. Hazırkı ailə başçısı Bolqarıstanda yaşayan Andrey Nikitiç Şervaşidzedir. Atası Nikita Şervaşidze 2008-ci ildə vəfat etmişdir. İstinadlar

Kateqoriya:Sülalələr Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:Gürcüstan zadəganlığı