Alvaro Uribe Veles (; d. 4 iyul 1952, Medellin, Antioqa, Kolumbiya) — Kolumbiya Respublikasının 31-ci Prezidenti (2002-2010).
Həyatı 4 iyul 1952-ci ildə Medellin şəhərində anadan olmuşdur.Kolumbiya Respublikasının Prezidenti Alvaro Uribe Velesin tərcümeyi-halı. mfa.gov.az
Fəaliyyəti 1976-cı ildə Ticarət üzrə Medellin Dövlət Müəssisələrinin rəhbəri olmuşdur.
1977-1978-ci illərdə Kolumbiya Əmək Nazirliyində Sədr vəzifəsində çalışmışdır.
1980-1982-ci illərdə Kolumbiya Mülkü Aviasiyasının direktoru vəzifəsində çalışmışdır.
1984-1986-cı illərdə Medellin Şəhər Şurasının deputatı olmuşdur.
1995-1997-ci illərdə Antioqanın Qubernatoru olmuşdur.
1986-1990, 1990-1994-cü illərdə senator olmuşdur.
2002-ci ildə ölkənin Prezidenti seçilmişdir. 2006-cı ildə yenidən bu vəzifəyə seçilmişdir. 7 avqust 2010-ci ilə qədər bu vəzifədə olmuşdur.
Ailəsi Evlidir, 2 övlad atasıdır.
Şəkilləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kolumbiyada doğulanlar Kateqoriya:Kolumbiya siyasətçiləri Kateqoriya:Kolumbiya prezidentləri Kateqoriya:XXI əsr siyasətçiləri