Robert İrvin Hovard (; ) — Amerika yazıçısı.

Həyatı

Amerikalı məşhur yazıçı Robert Hovard fantastik, tarixi, detektiv, vestern, macəra janrında əsərlər yazıb. Fantezi janrının alt janrı olan “qılınc və sehr”in yaradıcısı hesab olunur. Bu alt janrda yazılan əsərlərin qəhramanı qılınc oynadır, sehrli varlıqlarla döyüşür. Bir çoxlarımızın uşaqlıqda izlədiyimiz cizgi film qəhrəmanı “Konan” da Hovardın qələminin məhsuludur.

Robert Hovard “Kimmerli Konan”ı 1932-1936-cı illərdə yazıb. “Barbar Konan” adı ilə də tanınan əsərdə söhbət kimmer tayfalarından gedir. Yazıçının “Konan” obrazını yaradarkən Çingiz xandan təsirləndiyi deyilir. Həm görünüş baxımından, həm də yerinə yetirdikləri missiya baxımından.

Robert Hovardın ölümü də çox faciəvi olub. Onun anası əməliyyatdan sonra komaya düşür. Hovard atası və dostları ilə xəstəxanada günlərlə keşik çəkir. 1936-cı ilin 11 iyun səhəri tibb bacısı heç bir ümid qalmadığını deyir. Hovard küçəyə çıxır, avtomobilinə minir və silahını çıxararaq başına atəş açır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Texasda doğulanlar Kateqoriya:ABŞ fantastika yazıçıları Kateqoriya:İntihar edən yazıçılar Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:Alimlər