Həsənqaydı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Düzənlikdədir. Vəlixanlı adı ilə də tanınır. Kəndi XIX əsrdə maldarlıqla məşğul olan vəlixanlı tirəsinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi Həsənqaydı adlı köhnə kənd yerində salmışdır. Toponimin Həsənqayadın oroniminin təhrif forması olduğu güman edilir. Həsən (ş.a.), qaya (yüksəklik, dağ) və din (yaylaq, düşərgə) komponentlərindən düzəlib, "Həsənqaya yaylağı" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax Cəbrayıl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri