Zülfü (Zülfi) Saleh oğlu Hacıyev () — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi.

Həyatı Zülfi Hacıyev 21 martZiyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.82–83. 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan "Qırmızı əmək bayrağı" ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsində çalışmışdır.

O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.

Onun Ruslan, Raman, Şölə, Mehparə, Lalə adlarında beş uşağı olmuşdur.

Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adı

Xatirəsi

Adının əbədiləşdirilməsi Sumqayıtda on dörd il işlədiyi trest, 17 saylı orta məktəb və bir küçə, Gəncə şəhərində bir küçə, Sabirabad rayon 7 saylı tam orta məktəbi Zülfi Hacıyevin adını daşıyır.

1982-ci ildə istehsal olunan gəmi (IMO № 7912161) Zülfi Hacıyevin adını daşıyır."Zülfi Hacıyev" — acsc.az saytı

Haqqında yazılanlar 2005-ci ildə Fərman Əliyev "Ölümdən güclü" adlı sənədli-publisistik povestini Zülfi Hacıyevin ömür yoluna həsr edib. Müəllif kitabda Z. Hacıyevin canlı portretini yaratmağa çalışaraq, Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində onun fəaliyyəti ilə bağlı oxucularda geniş fikir aşılamağa çalışmışdır.

Həmçinin bax Qarakənd faciəsi

İstinadlar

Ədəbiyyat Qədir Aslan, "Göyçə şəhidləri", Bakı: "İşıq", 1997. Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.82–83. Fərman Əliyev. Ölümdən güclü: sənədli-publisistik povest. Bakı: Nərgiz, 2005. — 144 s. Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "EL", 2007. səh.96. ISBN 978-9952-438-09-3 Teyyub Qurban, "Ən yaxın tarix", Ekspress. — 2013. — 11–13 yanvar. — Səh.15.

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Azərbaycan baş nazirinin müavinləri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanın dövlət xadimləri