Etibar Şirinov () — operator.
Həyatı Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır.
Filmoqrafiya Şeytan göz qabağında (film, 1987) — operator Pəncərə (film, 1991) — operator Qətldən yeddi gün sonra (film, 1991) — operator assistenti Qəzəlxan (film, 1991) — operator Qayalarda qalan səs (film, 1995) — ikinci operator Heydər Əliyev. Vətənin keşiyində (film, 2007) — operator Dünən qəfildən gəldi (film, 2009) — quruluşçu operator
İstinadlar
Kateqoriya:Azərbaycan kinooperatorları