Hideki Toco (; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar.
Karyerası 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı.
Ölümü thumbnail|left|Gənc Toco 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
İkinci dünya müharibəsindən sonra qurulan Uzaq Şərq beynəlxalq hərbi tribunalının 12 noyabr 1945-ci il tarixli hökmü ilə 23 dekabr 1948-ci ildə xüsusi əhəmiyyətli cinayətkar kimi asılaraq edam edilmişdir. Bu cinayətlərlə günahlandırılmışdır: Provakasiyasız Çinə hücum etmək, Fransaya, ABŞ-yə, Böyük Britaniyaya, Hollandiyaya hücum etmək, müharibə cinayətkarlarının hərəkətlərinə göz yummaq. Həmçinin nazirliyi dövründə 8 milyon nəfərin ölümü ilə əlaqələndirilmişdir.
Ölüm cəzası qərarı 12 dekabrda çıxarılmış və 23 dekabrda yerinə yetirilmişdir. Ölümündən əvvəl hərəkətlərinə görə üzr istəmiş, iki atom bombası görən yapon xalqına mərhəmət edilməsini ABŞ əsgərlərindən istəmişdir.
İstinadlar
Xarici keçidlər
Hideki Toconun sitatları
Kateqoriya:Yaponiya baş nazirləri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Tokioda doğulanlar Kateqoriya:Tokioda vəfat edənlər Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Yaponiya antikommunistləri Kateqoriya:Yaponiya milliyyətçiləri Kateqoriya:III dərəcəli "Müqəddəs xəzinə" ordeni kavalerləri Kateqoriya:Soyqırım törədənlər Kateqoriya:Yaponiyanın xarici işlər nazirləri Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları