Sanni Leone (, ) — hind əsilli kanadalı model, pornoaktrisa və aktrisa.

Həyatı Karencit Kanadanın Ontario vilayətində yerləşən Sarniya şəhərində, siqhizm təliminə əməl edən pəncab ailəsində doğulub. Onun atası Tibetdə doğulub və Dehlidə böyüyüb. Anası isə Sirmur əyalətindəndi (2008-ci ildə vəfat edib). Ailəsi onu siqhizm adəti ilə tərbiyə olunsa da, onu katolik məktəbə verirlər. Çünki ictimai məktəb onun üçün təhlükəli sayılırdı. 13 yaşında ailəsi Kaliforniyaya köçüb.

1999-cu ildə məktəbi bitirərək, Kaliforniyada yerləşən Orinc ətrafında, həkim kursunda təhsil almağa başlayır. Burada onun eyni kursda oxuyan və gecə klublarında rəqqasə kimi fəaliyyət göstərən dostu, onu Con Stivens ilə tanış edir. Con Stivens isə Karenciti "Penthouse" jurnalının fotoqrafı olan Cey Allenlə tanış edir. Onun fotoqrafları 2001-ci ildə bu jurnalda dərc olunur və ayın mükafatını qazanır (). Məhz burada ona "Sanni Leone" ləqəbi verilir. Ardınca Hustler, Cheri, Mystique Magazine və digər jurnallarında fotoqrafları çıxır. 2003-cü ildə "Penthouse" jurnalında ilin mükafatını qazanır. Həmin ildə "Vivid Entertainment" ilə müqavilə imzalayır.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:Kanada aktrisaları Kateqoriya:Kanada pornoaktrisaları Kateqoriya:Hindistan rəqqasələri Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ erotik modelləri Kateqoriya:ABŞ pornoaktrisaları