Çingiz Əbdül Məcid oğlu Fərzəliyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).Çingiz Fərzəliyevin bioqrafiyası, mct.gov.az, İstifdə tarixi: 10 iyun 2015

Həyatı 1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru olub.Çingiz Fərzəliyev Mili İncəsənət Muzeyinin direktoru təyin olunması barədə əmr az.apa.az İstifdə tarixi: 10 iyun 2015Fərzəliyev Mili İncəsənət Muzeyinin direktoru təyin olunması barədə əmr az.apa.az İstifdə tarixi: 10 iyun 2015 Həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir.

Fəxri adları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı, 2006; Rusiya Rəssamlıq Akademiyasının Fəxriüzvü, 2009; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, 2012; Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, Kembric Universiteti, Böyük Britaniya, 2015; Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, 2015; V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun Fəxri professoru, 2017; Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü, 2019; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə "Avropanın fəxri elm və mədəniyyət xadimi", Avropa Təbiət Elmləri Akademiyası, Hannover, Almaniya, 2021; Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri akademiki, 2022;

Orden və mükafatları "Ölkə gəncliyi" Ümumittifaq sərgisində II mükafat, Gümüş medalı, SSRİ, 1976; "70-ci illərin Korçaginləri" Ümumittifaq müsabiqəsinin I mükafatı, SSRİ, 1977; MDB ölkələri Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının diplomu, 1998; Beynəlxalq Bioqrafik Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Kembric Universiteti, Böyük Britaniya 2014; Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni", 2015; Avropa Nəşr Mətbuat Evinin "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi" qızıl medalı, 2015; "Humay" Milli Mükafatı Akademiyasının "Humay" mükafatı, 2015; MDB ölkələrinin "Art-kitab" nomenasiyalı XIII Beynəlxalq müsabiqəsinin I dərəcəli diplom, 2016; "Şəfəq" Prezident Ordeni, Gürcüstan, 2016; Türk dünyası incəsənətinin təbliğinə verdiyi töhfələrə görə TÜRKSOY-un xatirə medalı, 2018; Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 2018; Azərbaycan Mədəniyyət Assosiasiyasının "Simurq" medalı, 2019; Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalı, 2019; Ədəbiyyat və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "İncəsənət və Ədəbiyyat" ordeni (L’Ordre des Arts et des Lettres), Fransa, 2019; "Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk Beynəlxalq mükafatı", Türkiyə, 2019; Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl ulduz" medalı, Türkiyə, 2019; İncəsənət sahəsindəki xidmətlərinə görə "Qafqaz-Media" İctimai Birliyinin "İlhamlı Azərbaycan" döş nişanı, 2020; Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə Avropa Təbiət Elmləri Akademiyasının "Leonard Eyler medalı" beynəlxalq mükafatı, Hannover, Almaniya, 2021; Özbəkistan Bədii Akademiyasının gümüş medalı, Özbəkistan, 2022; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi medalı, 2022; Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib, 2023

Nəşr fəaliyyəti "Natürmort haqqında hər şey", Bakı (2004) "Portret haqqında hər şey", Bakı (2005) "Mənzərə haqqında hər şey", Bakı (2006) "Azərbaycan Rəngkarlığı. Antologiya", Bakı (2007) "Azərbaycan Dövlət İncəsənət Muzeyi" , Bakı (2010) "Azərbaycan el sənəti", Bakı (2013) XX əsr Azərbaycanın təsviri sənətində tanınan 45 görkəmli incəsənət xadiminin yaradıcılığını əks etdirən "Sərvət" silsiləsindən 36 kitab, Bakı, (2014) "Vərqa və Gülşa" XIII əsr əlyazmasındakı miniatürlərə həsr edilmiş kitab, Bakı (2021)

Sərgi kuratorluğu "Əsrlərin qovşağında", 2010; "In Between" — Müasir Avstriya incəsənəti sərgisi, 2011; "Budo ruhu — Yaponiya döyüş sənətinin tarixi", 2012; "Azərbaycan incəsənəti minilliklər boyu", 2013; "Rus Avanqardı — XX əsr incəsənətinin fenomeni", 2015;öhttps://citylife.az/content/az/7559/rus-avanqardi-xx-esr-incesenetinin-fenomeni-sergisi "Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyadan", 2017; "Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından", 2018; "Alman incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından", 2019; "Zamanın pillələri ilə", 2019;

Əsərləri

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Azərbaycan muzeylərinin direktorları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan professorları