thumbnail|Niderlandın "Bilderberq" oteli Bilderberq klubu (), Bilderberq qrupu (), Bilderberq konfransı (), Bilderberq toplantıları () — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağıBilderberq klubu: Pərdəarxasi hakimiyyət? pia.az, 24.06.2014 . Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir.

Tarixi thumbnail|Klub iştirakçıları

Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb.Bilderberq klubu: dünya hakimiyyətinin sirləri . sputnik.az, 12.06.2015 Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib.

thumbnail|Klubun ilk rəhbəri hollandiyalı şahzadə, Niderland kraliçasının həyat yoldaşı Bernard

İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.Planetə kim rəhbərlik edir? anspress.com, 18.01.2013 Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər. Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.

Klubun 60 illik tarixindən artıq bir dövrdə mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb. Əgər hansısa jurnalist araşdırmalarının nəticələri mətbuata sizsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir. Tədqiqatçı, Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir ki,

"Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensial investisiyadır."

Klubunun son toplantısı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir. 22 ölkədən 140-a yaxın adam bu toplantıya dəvət alıb.

Məqsədi Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi. Son hədəf isə vahid qlobal hökumətin yaradılması olaraq müəyyənləşdirilmişdi.

Strukturu Bilderberq klubu 3 dairədən formalaşır: Xarici dairə — kifayət qədər genişdir və klub iştirakçılarının yarıdan çoxu oraya daxildir. Onlar klubun hədəfləri, strategiyanın reallaşdırılması üsulları haqqında o qədər də məlumatlı deyil. İdarə komitəsi dairəsi — daha qapalı sayılan dairə olub, 35 nəfərdən ibarətdir. Bu dairəyə daxil olan insanlar, demək olar ki, klubun işi və məqsədləri haqda hər şeyi bilirlər. Məşvərətçi komitə dairəsi — ən kiçik dairədir. Onun, təxminən, 10 üzvü var. Təşkilatda baş verən hər şey haqda məhz həmin insanlar məlumatlıdırlar və qərar qəbul etmək səlahiyyətləri də onlardadır.

Rəhbərləri Şahzadə Bernard (1954–1975) Alek Duqlas-Hom (1977–1980) Volter Şel (1981-1985) Erik Rol (1986–1989) Peter Karinqton (1990–1998) Etyen Daviqnon (1999–2011) Henri de Kastries (2012-ci ildən)

Həmçinin bax Komitet 300 Beynəlxalq əlaqələr Şurası Üçtərəfli komissiya Roma klubu Alman Marşall Fondu Kəllə və sümüklər Bohemiya klubu

İstinadlar

Xarici keçidlər

Official website of the Bilderberg conference (since 2010)

Charlie Skelton's Bilderblog The Guardian Bilderberg Group? No conspiracy, just the most influential group in the world Daily Telegraph Ken Clarke: Bilderberg conspiracy claims are nonsense BBC Bilderberg meeting reports from WikiLeaks Minutes of 1973 Bilderberg Meeting bibliotecapleyades.net Minutes of 1999 Bilderberg Meeting , Schnews 39 Bilderberg Meetings Conference Reports - 1954, 1955, 1957 to 1975, 1977, 1978, 1980 to 1993, 1995 and 2002, fr.scribd.com

Kateqoriya:1954-cü ildə yarananlar Kateqoriya:29 mayda yarananlar Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Beynəlxalq konfranslar