Prada — İtalyan geyim brendi.

1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir.

Tarixi Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb.

Mario Prada qadınların biznesdə rolunun olmasının lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına icazə vermirdi. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luisanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu. Miuccia şirkəti 1978-ci ildə miras olaraq aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi . Pradanın qiymətlərinin daha yüksək olması ilk illərdən bu günə qədər aktual qalan mövzudur . Ancaq müştərilərinə, xitab etdiyi kütləyə bu normal olduğuna görə ilk illərdəki çətinliklə indi üzləşmirlər.

2025-ci ildə Prada Amerikanın "Capri Holdings" şirkətindən "Versace"nin alınması prosesinin uğurla başa çatdığını bəyan edib.

Dəfilə Prada Milanda baş verən çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edir

1988 — Milanda ilk qadın geyimləri dəfiləsi

1993 — Milanda ilk kişi geyimləri dəfiləsi

Mədəniyyət sahəsində Prada

Film 1999-cu ildə çəkilmiş “10 things I hate about you” (Haqında nifrət etdiyim 10 şey) bədii filmində Prada imzası olan məhsulların tərifinə yer verilib.

2006-cı ildə çəkilmiş "Şeytan Prada geyinir" bədii filmi (Lauren Weisberger tərəfindən yazılmış eyniadlı kitab əsasında) Meril Stripə roluna görə Oskar nominasiyası qazandırdı. Onun film üçün ayaqqabı qarderobunun geyim dizayneri Patricia Field tərəfindən hazırlandığı, "ən azı 40% Prada" olduğu deyilirdi.

İstinadlar

Xarici keçidlər Rəsmi veb-sayt

Kateqoriya:İtaliya brendləri Kateqoriya:İtaliya şirkətləri Kateqoriya:Lüks brendlər