Gürcüstan legionu () - İkinci dünya müharibəsi zamanı SSRİ qüvvələri tərəfindən döyüşən və əsir alınan gürcülərdən təşkil olunmuş legion. Gürcüstan legionu digər etnik toplumların legionları kimi mənsub olduqları xalqın SSRİ-dən müstəqil olması üçün mübarizə aparırdı. Gürcüstan legionu ilə yanaşı Azərbaycan və Ermənistan legionları da Vermaxt tərəfindən aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Gürcü legionu daha çox 1945-ci ilin aprel ayında Hollandiyanın şimalında yerləşən Teksel adasında başlatmış olduğu üsyan ilə məşhurdur.
Vermaxt qüvvələrinə qarşı başladılan üsyan hərəkatına gürcü komandir Şalva Loladze rəhbərlik etmişdir. 45 gün davam edən üsyan nəticəsində gürcü legionuna daxil olan 565 gürcü əsilli şəxs öldürülmüş və legion məğlub olmuşdur. Baş verən hadisə İkinci dünya müharibəsinin son geniş həcmli döyüşlərindən biri sayılır. Gürcüstan legionu ilə döyüşdə 812 alman əsgəri öldürülmüşdür.
Vermaxtın tərkibindəki gürcü birlikləri 795-ci batalyon "Şalva Maqlakelidze" Döyüşləri: 1942-ci ildə Şimali Osetiya, 1943-cü ildə Fransa
796-cı batalyon Döyüşləri: 1942/43-cü illərdə Tuapse, Şimali Qafqaz
797-ci batalyon "Georgi Saakadze" Döyüşləri: 1943/44-cü illərdə Fransa
798-ci və 799-cu batalyon Döyüşləri: 1943/44-cü illərdə Fransa, 1945-ci ildə Almaniya
822-ci batalyon Döyüşləri: 1943-1945-ci illərdə Fransa və Teksel (Hollandiya)
823-cü və 824-cü batalyon Döyüşləri: 1944-cü ildə Lvov (Polşa)
Həmçinin bax İkinci dünya müharibəsi Faşist Almaniyası Vermaxt Azərbaycan legionu Erməni legionu
İstinadlar
Xarici keçidlər Sovet könüllüləri "Vermaxt"ın tərkibində
Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:Gürcüstanın hərb tarixi